ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərdə fəaliyyətə başlayıb

Səs: Real audio
Timoşenko Yuşenko düşərgəsində parçalanma yaradıb Bu barədə “Azadlıq” radiosunun Ermənistan xidməti məlumat verib.



Erməni mənbələrinin məlumatına gorə, bu gün missiya üzvləri Kəlbəcər rayonuna səfər edib, yerli sakinlərlə görüşüb, məlumatlar toplayıblar.



Missiyanı müşayiət edən ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib ki, Azərbaycan rəsmiləri işğal olunmuş rayonlarda ermənilərin məskunlaşmasını əks etdirən fotoşəkilləri araşdırıcı qrupa təqdim ediblər.



Rusiyalı həmsədrin sözlərinə görə, şəkillərdə olan məlumatlar dəqiqləşdiriləcək, ermənilərin hardan, öz təşəbbüsləri, yoxsa yerli hakimiyyətin təkidi ilə bu ərazilərə köçməsi kimi suallara cavab axtarılacaq.



İlkin məlumatlara görə, ATƏT-in faktaraşdırıcı missiyası bölgədə bir həftəyə kimi qalacaq. Qrup üzvləri ötən gün tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti Arkadi Qukasyanla görüşüblər.



ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş rayonlara Azərbaycan qanunsuz məskunlaşma məsələsini BMT-nin müzakirəsinə çıxardıqdan sonra yollanıb.