“Faktaraşdırıcı missiya Gəlbəcərdə araşdırma apardı”

Səs: Real audio
“Seçkilər münasibətilə İraqı təbrik etməliyik” “Xüsusi təxribat dəstəsi” saxlayan Azərbaycan naziri kimdir? Bu suala cavab »Azadlıq» qəzetindəki eyni adlı yazıda verilir.



Rusiya xarici işlər nazirinin Bakıya səfəri ilə bağlı »Yeni Azərbaycan» qəzeti məqalə dərc edib.



»Azərbaycan» qəzeti isə prezident İlham Əliyevin xanımı Mehriban Əliyevanın internat evlərinə baş çəkməsi ilə bağlı geniş məlumatlara yer ayırır.



»Üç nöqtə» qəzeti yazır ki, maskalı şəxslər Gürcüstanda yaşayan azərbaycanlı ailəsinə hücum edib.



ATƏT-in faktaraşdırıcı missiyası Gəlbəcərdə araşdırma apardı. »525-ci qəzet» yazır ki, missiya üzvüləri bu gün Füzuli və Cəbrayıl rayonlarına getməlidirlər.



Faktaraşdırıcı missiyanın yoxlamaları ilə bağlı »Zerkalo» qəzeti də məqalə dərc edib.



»Bakı Xəbər» qəzeti Azərbaycan-Qərb münasibətlərində gərginlik müşahidə olunmasından bəhs edən yazı dərc edib.



»Exo» qəzeti yazır ki, gələn ildən etibarən xarici pasportu olmayan Azərbaycan vətəndaşlarını ABŞ-ın da öz ərazisinə buraxmayacağına dair məlumtalar var.



»“Pora” missiyasını bitirdi» başlıqlı məqaləyə »Yeni Müsavat» qəzeti yer ayırır.



»Xalq Cəbhəsi» qəzetinə müsahibəsində AMİP sədrliyinə namizəd Sevil Həmidova deyib ki, o, sərd seçilsə, İsa Qəmbər və Əli Kərimli ilə bir masa arxasında oturmayacaq.