Prezidentin qəbri başqa yerə köçürüldü

Əfqanıstanın keçmiş prezidenti Məhəmməd Daud Xanın məzarı Kabilə gətirilərək yenidən torpağa tapşırılıb. Onu Kabilin cənubunda təpədə basdırıblar.

Əfqanıstanın ilk prezidenti olan Daud Xan 30 il əvvəl ölkədə kommunistlərin etdiyi dövlət çevrilişi zamanı öz ailə üzviləri ilə birgə qətlə yetirilib.

Onların harda basıdırldığı uzun müddət məlum olmayıb. Bir neçə ay əvvəl isə hərbi bazanın ərazisində Daudi və ailə üzlərinin məzar yerləri tapılıb. Əfqanıstan hakimiyyəti Məhəmməd Xan Daudinin cəsədinin qalıqlarının müəyyən edildiyini demişdilər.