ATƏT-in Bakı ofisinin rəhbəri Türkiyə vətəndaşı olacaq

Türkiyə vətəndaşı Əli Bilgə Cankorel ATƏT-in Bakı ofisinin yeni rəhbəri təyin edilib. Bu barədə Turan agentliyinə ATƏT-in Bakı ofisinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, Cankorel dekabrda nümayəndəliyin rəhbəri vəzifəsini tərk eləyən Luis Herrero Ansolu əvəz edəcək və apreldə öhdəliklərinin icrasına başlayacaq.