Rusiya ordusu silahlarını yeniləyir

Rusiya 2011-ci ilə qədər ordusunun silah təhcizatını yeniləməlidir. Rusiya Prezidenti Dmitri Medvedev bu gün ölkə generalları ilə görüşdə belə deyib. Onun sözlərinə görə, ordunun döyüş qabiliyyətini artırmaq üçün bütün növ silahları, o cümlədən, strateji nüvə arsenalını da yeniləmək lazımdır.

Medvedev bu qərarını NATO-nun Şərqə genişlənmək planları və beynəlxalq terrorizm təhlükəsiylə izah eləyib. Prezidentin sözlərinə görə, dünyanı bürüyən iqtisadi böhranın ölkəyə təsirlərinə baxmayaraq, Rusiya ordusunu müasirləşdirmək üçün bütün imkanlardan istifadə eləməlidir.