15-ci dairənin 2 saylı məntəqəsində hələ müşahidəçilər yoxdu

«Azadlıq» radiosunun əməkdaşları xəbər verirlər ki, Yasamal rayonu 15-ci dairənin 2 saylı məntəqəsində müxalifət müşahidəçiləri hələ yoxdur. Səsvermənin ilk dəqiqələrində onun müşahidələrinə görə, pozuntu qeydə alınmayıb.

Həmin rayonun 36 saylı Xətai 4-cü seçki dairəsinin 2 saylı məntəqəsində artıq 20-dən artıq seçici səs verib.

Məntəqənin qarşısında çevik polis alayının maşınında polislər və yerli mənzil istismar işçiləri var. Məntəqənin içində müşahidəçilər gözə dəymir.