Səs: Real audio
İran və Çin Ukraynadan raket alıb Havanın şaxtalı keçməsi Bakının kəranlarında, daha çox Əhmədli, Günəşli yaşayış massivlərində və mikrorayonlarda mavi qazın azalmasına səbəb olub. 2-ci mikrorayon sakini Gültəkin İsgəndərova məni öz mənzilinə dəvət edir. Neçə gündür ailənin mavi yanacaqsız necə keçindiyi haqqında danışır. Deyir ki, alternativ yanacaq kimi qaz balonlarından istifadə edirlər, yatanda isə yorğanların sayını artırırlar.
Gültəkin İsgəndərova deyir ki, son günlər elektrikdən istilik üçün də istifadə etməyə məcbur olublar. Ancaq elektrik enerjisində də fasilələr yaranmağa başlayıb.
Barmek elektik şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev bildirir ki, əhalinin bu günlər işıqdan çox istifadə etməsi bəzi yerlərdə elektrikin verilməsində fasilələr yaradıb. Onun sözlərinə görə, kiçik fasilələr olmasa, transformatorlarda qəzaların sayı artar, bu da daha böyük fasilələrə gətirib çıxarar.
Xutor qəsəbəsinin sakinləri də son iki gündə işıq-qaz problemi ilə daha çox üzləşdiklərini deyirlər.
Azəriqaz Qapalı Tipli Şəhmdar Cəmiyyətinin sədr müavini Nazim Səmədzadə isə bildirir ki, son günlər mavi qazın azalması Xəzər dənizindəki qaz quyusunda baş vermiş qəzayla bağldır. Ancaq bu gün problem yoluna qoyulacaq.
Havanın şaxtalı keçməsi sürücülərin də vəziyyəitini çətinləşdirib. Onlar bu günlərdə yola çıxmamağı ən yaxşı variant sayırlar.
Bakı Şəhər Dövlət Yol Polisinin şöbə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, son günlər nəqliyyatda qəza hadisələrinin sayı artıb. Onun sözlərinə görə, yol polisi gücləndirilmiş iş rejimində işləyir, şəhər icra hakimiyyəti ilə birlikdə enişli yollara qum, duzlu su tökürlər.
Fövqəladə Hallar və Həyat Fəaliyyətinin təhlükəsizliyi assosiasiyasının rəhbəri Həbib Ocaqov isə bildirir ki, ən yaxşı yol bü cür vəziyyətlərə əvvəlcədən hazırlıq görməkdir.
Ekololiya və Təbii Sərvətlərlər Nazirilyinin hidrometroloji proqnozlar departamentindən verilən məlumata görə şaxtalı hava fevralın 12-nə qədər davam edəcək.