Büdcə təşkilatları əməkdaşları məcburən işə çağırılıb

Martın 18-i rəsmi şəkildə qeyri-iş günü elan olunsa da, dövlət idarələrinin əksəriyyətində, əsasən də məktəblərdə, poliklinikalarda işçiləri məcburən işə çağırıblar.

«Azadlıq» radiosunun əməkdaşı İlqar Rəsul bu gün iş başında olan adamları danışdırıb. Onların çoxu bu gün işlədiklərini etiraf ediblər.

Büdcə təşkilatları işçilərinin səsvermə günü işə gətirilməsi təcrübəsi əvvəlki seçkilərdə də olub. Müşahidəçilər bunu seçici fəallığı görüntüsü yaradılması cəhdi kimi dəyərləndirirlər.