NATO Qarabağ münaqişəsinin həllində daha fəal iştirak etmək niyyətindədir

Səs: Real audio
Qərb Orta Asiyada insan haqları pozuntularına məhəl qoymur Bu məqsədlə Bakıda səfərdə olan NATO baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons problemlə bağlı məlumatlar toplayıb, müxtəlif fikirlərlə tanış olub.



Cənab Simmons NATO-nun münaqişənin dinc, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bildirib.



Fevralın 7-də Bakıya gələn Robert Simmons Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyev, Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevlə görüşüb, NATO-Azərbaycan Əməkdaşlıq Komitəsinin birgə yığıncağında iştirak edib.



Görüşlərdə Azərbaycan–NATO əlaqələri, Fərdi Tərəfdaşlıq Proqramının detalları müzakirə olunub.



Üzvlük məsələsinə gəlincə, cənab Simmons Azərbaycan tərəfinin ikitərəfli əlaqələri hələlik əməkdaşlıq səviyyəsində davam etdirmək istədiyini deyib.



Eyni fikri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov da ifadə edib.



Robert Simmons NATO-nun Cənubi Qafqaz üzrə əlaqə zabiti Romualds Razuksu da özüylə gətirib. Cənab Razuks bundan sonra Azərbaycan Müdafiə Naziriliyində nümayəndə kimi fəaliyyət göstərəcək və Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlıq Proqramının icrasına nəzarət edəcək.