Müxalifət müşahidəçisi qutulara yüzlərlə əlavə bülletenin atıldığını iddia edir

«23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 8 saylı məntəqəsində təbliğat lövhələrində bu gün səhər YAP-ın plakatları gözə dəyib».

«Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatından müşahidəçi Nurəddin Babayev «Azadlıq» radiosuna belə deyib.

Onun sözlərinə görə, məntəqədə komissiya üzvləri seçki qutularına kütləvi şəkildə bülleten atıblar. N.Babayev qutulara yüzlərlə əlavə bülletenin atıldığını iddia edir.

Hakim Yeni Azərbaycan Partiyası bu gün bəyanat verərək bəzi müxalifətyönümlü siyasi partiyaları təmsil edən müşahidəçilərin seçkini pozmağa cəhd etdiyini bildirib.