Madaqaskar məhkəməsi hakimiyyət dəyişikliyini qanuni sayıb

Madaqaskarın konstitusiya məhkəməsi ölkədə hakimiyyət dəyişikliyini qanuni sayıb.

Məhkəmənin qərarıyla prezidentin səlahiyyətləri müvəqqəti hərbi yolla hakimiyyətə gəlmiş müxalifət lidri Andri Racoelinə verilib.

Təxminən 2 aylıq gütləvi aksiyalardan sonra ölkə prezidenti Mark Ravalomanana istefa verərək hakimiyyəti hərbçilərə ötürüb.