Polislər məntəqələrə yaxın dayanır

Qanunla qadağan olunmasına baxmayaraq polislər Nərimanov, Yasamal rayonlarında yerləşən seçki məntəqələrinin giriş qapılarında və məntəqə binalarının yaxınlığında dayanıblar.

Bunu «Azadlıq» radiosu müxbiri Aygün Muradxanlı müşahidə edib.