Sənaye mallarının qiyməti 13 faiz artıb

Səs: Real audio
“Bir ulduz batanda, o biri doğur” Ötən il Azərbaycanda sənaye mallarının qiyməti 13 faiz artıb.



Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsinin məlumatına görə, qiymət artımı istehsaldan çox olub. Çünki sənaye istehsalı cəmi 6 faiz təşkil edib.



Komitənin məlumatına görə, inflyasiya da 7 faizə yaxın olub.



Nəqliyyat daşımalarına görə isə Azərbaycan MDB-də dördüncüdür. Birinci yeri 21 faiz artımla heç bir nəqliyyat dəhlizinə qoşulmayan Ermənistan tutur. Daha sonrakı yerlərdə isə Tacikistan, Qazaxıstan və Azərbaycandır.