Özbəkistandan olan müşahidəçilər referendumu yüksək qiymətləndiriblər

Yeni Azərbaycan Partiyasının rəsmi saytı xəbər verir ki, MDB Parlament Assambleyasının nümayəndə heyətinin tərkibində Özbəkistandan olan müşahidəçilər referendumun gedişini yüksək qiymətləndiriblər.

Mərhəməd Yakubova və Karamatillo Turqunbayev səsvermə vaxtı obyektivliyin ciddi şəkildə təmin olunduğunu deyiblər. Özbəkistandan olan müşahidəçilər məntəqələrin yüksək səviyyədə təşkil olunmasından, seçicilərin aktivliyindən və prosesə münasibətindən çox razı qalıblar.