“Kompas” gəmisinin heyət üzvünə qarşı cinayət işi qaldırılıb

Səs: Real audio
Rüşvətxorluq Rusiyada həyat tərzidir Bir neçə gün bundan əvvəl Xəzər dənizinin Rusiya sektorunda həbs edilmiş Azərbaycana məxsus “Kompas” balıqçı gəmisinin dörd nəfər heyət üzvü hələ də Mahaçqala təcridxanalarının birində saxlanılır.



Dağıstan Prokurorluğu mətbuat xidmətinin əməkdaşı Maqomet Timerbekovun bildirdiyinə görə, balıqçı gəmisi sərhəd sularını pozduğu üçün həbs edilərək Mahaçqala dəniz limanına gətirilib.



Saxlanılan “Kompas” gəmisindən 3 ton nərə balığı, xeyli miqdarda qara kürü və yarım tona yaxın kilkə balığı müsadirə olunub.



Gəmi 8 min ABŞ dolları məbləğində cərimə edilib. Dörd heyət üzvünə qarşı Rusiya sərhəd sularını pozduqlarına və qanunsuz nərə ovuna görə cinayət işi qaldırılıb.



Mətbuat xidmətinin əməkdaşı onu da bildirdi ki, istintaqın gedişi barədə hələlik heç bir açıqlama verilməyəcək. İstintaqın müddəti vəziyyətindən asılı olaraq uzana da bilər.