«Heç nə oynamırıq. Oynamağa yer yoxdur. Bir meydançamız var idi, orda da mağaza tikdilər. Asfaltda oynayırıq».
Müşfiqabad qəsəbəsində, 4E binasında yaşayan 7-ci sinif şagirdi Orxan dostlarıyla futbol oynamağa yer tapmır. O deyir ki, bunun üçün gərək başqa məhəlləyə getsin. O biri məhəllənin fərqi odur ki, orda heç olmasa oynamağa quru torpaq ərazisi var.
- Uşaqlarımızın oynamağa bir yeri yoxdur. Hər yeri tikiblər. Bura maşın yoludur, yayda həyətə düşməyə bir yer tapmırlar.
Elə bil «mart gəldi, dərd gəldi» deyimi Müşfiqabad sakinləri üçün deyilib. Burda kimi danışdırırsan şəraitin yoxluğundan şikayətlənir. Elə sakin İradə Həşimova da təngnəfəs özünü yetirdi ki, bəs az qala uşaqlar həyət üzünə həsrət qalıb:
- Özünüz Allah şahidisiniz ki, bir qarış torpaq qalmayıb. Üçmərtəbəli bina tikiblər, hər tərəfi alırlar. Heç olmasa bir şəhərcik salalar.
Müşfiqabad qəsəbəsi, 4E binasının ağbirçək sakini Güləbatın nənə pensiyasını verməyə hazırdır ki, təki qəsəbə abadlaşsın:
- Burda yer yoxdur. Zir-zibildir. Uşaqlar bax zibillə oynayır. Heç olmasa bu zibili burdan rədd eləmirlər. Xahiş edirəm, özümüz də kömək edək, pensiyadan, çörək pulundan verək, bir şərait yaratsınlar.
Müşfiqabad qəsəbəsində zibilliyin kənarında oynayan uşaqlara arada inəklər də qoşulur. Uşaqlar artıq öyrəşiblər. Zibilliyə gələn inəkləri gülüşlə qarşılayırlar. Valideynlərsə çox narahatdırlar:
- Bax inəklər hamısı gəlib zibil yeyir, sonra südünü camaata satırlar. Bəs bunun axırı necə olacaq? Bu qəsəbəyə baxan yoxdur. Uşaqlar elə bu tozun-torpağın içində oynayırlar.
Müşfiqabad qəsəbəsinin bələdiyyə sədri Elman Quliyev isə deyir ki, hələlik bu ərazilərdə abadlıq işlərinə Mənzil Kommunal İstismar Komitəsi baxır:
- Bələdiyyələrə torpaqlar verilsə də, mülkiyyət hüququ verilmədi. Hələki «Jek»lər ləğv olunmayıb. Onlar bu işə baxır. Veriləndən sonra inşallah bizim büdcəmizlə olacaq. Mən özüm də proqrama salmışam, əyləncə yerləri olmalıdır.
Müşfiqabad qəsəbəsinin Mənzil Kommunal İstismar Sahəsinin rəisi Tərlan Məmmədovsa deyir ki, Novruz bayramından sonra abadlıq işləri görüləcək:
- «Skameyka»lar-zad nəzərdə tutulub həyətlərə qoyulmağa. Allah qoysa, Novruz bayramından sonra başlanmalıdır. Bir nümunəvi həyət olacaq. İstirahət üçün şərait yaradılacaq.
Hələlik Orxan kimi Nurlan da arzularındakı oyun meydançasının nə vaxtsa gerçəkləşəcəyini gözləyirlər:
- Uşaqlar üçün qəşəng, otluq yer istəyərdim. Oynamağa bir yaxşı meydança olsun. «Turnik», yellənçək…Park da ki, o tərəfdə var, amma elə-belə oturmaq üçün.