Türkiyədə istehsal olunan peçenyelərdə zəhərli maddə tapılıb

Səs: Real audio
Robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq Türkiyənin Dövlət Elmi və Texniki Araşdırma Qurumu (TÜBİTAK) biskvitlərdə kiçik uşaqların həyatı üçün təhlükəli olan akrilamidin tapılması haqda xəbər yayıb.



Məlumata görə, peçenyelərin hər kiloqramında 600 mikroqrama qədər akrilamid müşahidə olunur ki, bu da insan orqanizmi üçün zəhərli hədd sayılır.



Akrilamidin məhsullarda həddən artıq mövcudluğu texniki qaydalara riayət olunmaması ilə bağlıdır.



Azərbaycana da külli miqdarda gətirilən biskvit və çipslərdəki akrilamid maddəsi mədə xəstəliklərindən başqa sinir sisteminə də mənfi təsir edə bilər.



Türkiyə mətbuatının məlumatına görə, fevralın 21-də “Ülkər” şirkəti məhsullarında akrilamidin normadan aşağı olduğunu bildirib. Şirkət məhsullarını Almaniyadakı müstəqil laboratoriyada yoxladığını və akrilamid maddəsinin normada olduğunu deyib.



Amma Azərbaycana peçenye və digər biskvit məhsulları gətirən onlarla türk firması var.