Ə. Kərimli Qərbin Azərbaycanda demokratik seçkilər üçün hər şey edəcəyini deyir

Səs: Real audio
Robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq Azərbaycan Xalq Cəbhəsi partiyasının (“islahatçılar”) sədri Əli Kərimli Avropa və Amerikada olarkən görüşdüyü adamlardan parlament seçkiləri üçün dəstək istəyib.



Bu sözləri Əli Kərimli Amerika Birləşmiş Ştatları və Avropanın bir sıra ölkələrinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.



Olduğu ölkələrdə bir sıra dövlət rəsmiləri, hüquq-müdafiə təşkilatları və demokratik institutların rəhbərləri ilə görüşdüyünü deyən Əli Kərimli bildirdi ki, onlar Azərbaycanda qarşıdan gələn parlament seçkilərinin demokratik keçirilməsi üçün hər şey edəcəklərinə dair söz veriblər.



Əli Kərimlinin sözlərinə görə, müxalifət partiyası olaraq onlar artıq bir çox müxalifyönlü qüvvələrlə seçkilərə vahid siyahıyla getmək barədə razılıq əldə ediblər və heç kim onların müttəfiqliyinə əngəl ola bilməz.