«NATO Qarabağ münaqişəsinin həllinə qoşulmayacaq»

Səs: Real audio
Amerika məktəbliləri hərbçiləri ittiham edirlər «Yeni Azərbaycan» qəzeti yazır ki, Xocalı faciəsi ilə bağlı məsələnin Türkiyə Böyük Millət Məclisində müzakirəsi Azərbaycan üçün çox önəmli məsələdir. Və bu istiqamətdə daha çox işlər görmək lazımdır.



«Üç nöqtə» qəzeti yazır ki, Bratislavda Buş-Putin görüşü başa çatıb. Qəzet hesab edir ki, prezidentlərin görüşü bir sıra regional münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə müəyyən təsir göstərə bilər.



«525-ci qəzet»in məlumatına görə, Azərbaycan və İtaliya prezidentləri də Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.



“Unitec” mağazasına silahlı basqın olub. «Xalq Cəbhəsi» qəzeti bununla bağlı yazır ki, basqınçılar Gürcüstan vətəndaşı olublar.



“"Məxməri inqilab"lar regionu bürüyəcək” məqaləsində «Azadlıq» qəzeti yazır ki, Qırğızıstanda baş verə biləcək inqilab regionun digər ölkələrinə də yayılacaq.



«NATO Qarabağ münaqişəsinin tənzimlənməsinə qoşulmayacaq». NATO rəsmisi Robert Simons Yerevana rəsmi səfəri zamanı belə açıqla verib. Daha ətraflı «Ayna» qəzeti yazır.



Azərbaycan-ATƏT münasibətlərini şərh edən «Azərbaycan» qəzeti yazır ki, Azərbaycan bu təşkilatla əməkdaşlıqda başqalarından daha çox maraqlıdır.



«Bakı Xəbər» qəzetinin yazdığına görə, Amerika mətbuatı Cənubi Qafqazda demokratik inqilabları qaçılmaz sayır.