Xocalı qurbanları bir dəqiqəlik sükutla anıldılar

Səs: Real audio
Amerika məktəbliləri hərbçiləri ittiham edirlər Fevralın 26-da saat 17-də Xocalı faciəsinin qurbanları ölkənin hər yerində bir dəqiqəlik sükutla yad olunublar. Nəqliyyatın hərəkəti dayandırılıb.



Günün birinci yarısında isə baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Murtuz Ələsgərov və Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev Xocalı qurbanlarının xatirə memorialının önünə əklil qoyublar. Eləcə də hökumətin digər üzvləri, millət vəkilləri, Azərbaycandakı səfirliklərin nümayəndələri, müxalifət partiyalarının rəhbərləri, yüzlərlə sıravi vətəndaşlar abidəni ziyarət ediblər.



Azərbaycanın rəsmi qaynaqlarının verdiyi məlumata görə, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə 613 nəfər silahsız, dinc insan qətlə yetirilib. 487 nəfər əlil olub, 1275 nəfərsə girov götürülüb.



Rəsmi mənbələrdə Xocalıya hücumun Rusiyanın o zaman bölgədə olan 366-cı alayının yardımı ilə həyata keçirildiyi bildirilir.