Həftənin qeyd dəftərinin qonağı respublikanın baş psixiatrı Ağabəy Sultanovdur

Səs: Real audio
Amerika məktəbliləri hərbçiləri ittiham edirlər Bu dəfə həftənin hadisələri ilə bağlı suallarmıza o cavab verdi. Otən həftələrdə olduğu kimi «Ayna» və «Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirovla, «Ekspress» qəzetinin əməkdaşı Zöhrab İsmayıl da söhbətdə iştirak etdilər. Söhbətdə həm ABŞ prezidenti Corc Buşun Rusiya prezidenti Vladimr Putinlə görüşünə, həm ABŞ Dövlət Departamentinin Avrasiyada demokratik islahatlarla bağlı bəyanatına, həm də ATƏT və AŞ rəhbərliyinin birgə bəyanatlarına toxunuldu. Müzakirədə qeyd edildi ki, istər ABŞ, istərsə də aparıcı Qərb ölkələri bu regionda demokratikləşmədə maraqlıdırlar. Azərbaycan bu prosesdən kənarda qala bilməz. Əslində bu nə mümkündür nə də Azərbaycanın mənafeynə uyğundur...