Andrey Yusov: «Pora» Azərbaycanda demokratiyanın möhkəmlənməsini istəyən bütün qüvvələrlə əməkdaşlıq edəcək

Səs: Real audio
Senator Rusiyanı “Böyük Səkkizlər”in sammitinə buraxmamağa çağırır «Pora» Ümumukraya İctimai Hərəkatının sədri Andrey Yusov deyir ki, Kiyevdən Bakıya məktub məktub göndərilib. Prezident İlham Əliyevə ünvanlanan məktubda Azərbaycan rəhbərliyi ölkədə gedən ictimai – siyasi proseslərin demokratikliyini, vətəndaşların hüquq və azadlarını, eləcə də KİV-in sərbəst informasiyə əldə etmək imkanını təmin etməyə çağırılır. Vəziyyəti Gürcüstan və Ukraynadakı həddə çatdırmamaq tövsiyyə olunur. Andrey Yusovun fikrincə, həmin ölkələrdə baş verənlər təsadüfi deyildi. Hakimiyyətin öz vətəndaşlarına qarşı tutduğu mövqenin nəticəsi idi:

«Biz bu cür məktubu post-sovet məkanında siyasi hüquq və azadlıqların pozulduğu daha kəskin ifadə olunan 10 ölkənin rəhbərliyinə göndərmişik. cəmiyyətin demokratikləşməsi üçün köməyimiz dəyə biləcək istənilən məsələdə hakimiyyətə və müxalifətə təmənnasız məsləhətlər verməyə hazır olduğumuzu bildirmişik».

Cənab Yusov Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının pozulmasını beynəlxalq və yerli hüquq müdafiəçilərindən, KİV-dən və müxalifət partiyalarının nümayəndələrindən öyrəndiklərini deyir və məktubda Azərbaycanda demokratiyanın möhkəmlənməsini istəyən bütün qüvvələrlə əməkdaşlıq edəcəklərinin vurğulandığını əlavə edir. O hazırda Azərbaycan rəhbərliyindən cavab gözlədiklərini də deyir.

YAP icra katibinin müavini Mübariz Qurbanlı isə deyir ki, prezident İlham Əliyevə çox yerdən məktub göndərilə bilər. O cümlədən də ayrı-ayrı ictimai qurumlardan və vətəndaşlardan. Ancaq Azərbaycanda keçiriləcək seçkilərlə bağlı Ukraynanın Pora təşkilatının məktubuna ehtiyac yoxdur. Çünki Azərbaycanda seçkilər ölkə qanunları çərçivəsində və demokratik prinsiplər əsasında keçirilir. Mübariz Qurbanlının fikrincə kimlərinsə Azərbaycan dövlətinə və ya onun ictimaiyy ətinə demokratiya ilə bağlı müəyyən tövsiyyələr verməsinə də ehtiyac yoxdur:

«Lazım gəlsə Azərbaycan onlara demokratiya dərsi keçə bilər».

YAP funksioneri Pora təşkilatının məktubuna cavab verilməsini də məqsədəuyğun saymır. O deyir ki, Azərbaycan demokratiyası hazırda Ukraynada mövcud olan demokratiyadan xeyli irəlidədi. Bu məsələdə Ukraynanın Azərbaycandan nümunə götürməsi daha münasibdir.

Demokratik Seçkilərə Yardım Mərkəzinin rəhbəri Əli Quliyevin fikrincə isə istər beynəlxalq, istərsə də yerli təşkilatlar Azərbaycanda seçkilərin demokratik keçirilməsində maraqlıdırlar. O deyir ki, «bu baxımdan Ukraynanın Pora təşkilatının Azərbaycan rəhbərliyinə məktub göndərməsi normal haldır. Öz ölkəsində demokratiyanın qələbəsinə nail olmuş bir təşkilatın Azərbaycana belə bir məktub göndərməsinə ölkə rəhbərliyi də normal yanaşmalıdar».

Əli Quliyevin sözlərinə görə, «indiyə qədər Azərbaycanda keçirilən seçkilər beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər tərəfindən mübahisəli seçkilər kimi dəyərləndirilib. Ona görə də qarşıdakı seçkilərdə əvvəlki halların baş verməməsi üçün daxildəki və xaricdəki narahatçılığın səbəbi anlaşılandır. Hesab edirəm ki, bu təkcə çağırış səviyyəsində olmayacaq. Azərbaycanda seçkilərin demokratik keçirilməsi üçün Şərqi Avropa və MDB məkanında belə çətinlikləri yaşamış və keçmiş ölkələr bizə bu işdə hər cür ardımçı olacaqlar».