Ermənistan parlamenti müxalifətə görə qanunu dəyişir

Avropa Şurası Parlament Assambleyasının təzyiqləri altında Ermənistan parlamenti martın 18-də ölkənin cinayət məcəlləsini dəyişib. Bu dəyişiklik həbsdə olan müxalifət fəallarının vəziyyətini yüngülləşdirəcək.

Yanvar ayında AŞ PA Ermənistanı saxta və siyasi motivlərlə müxalifət fəallarını həbsə atmaqda ittiham etmişdi.
Keçən il prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz edən müxalifət fəalları ilə hakimiyyət qüvvələri arasında toqquşmada on nəfər öldürülmüş, onlarla adam, o cümlədən də müxalifət liderlərindən yeddi nəfəri həbsə atılmışdı.