30 ildə ilk dəfə İraqa turistlər gedib

1980-ci ildən bəri ilk dəfə İraqa Qərb turistləri gediblər. Martın 20-də İraqın Turizm Naziriliyindən “Azadlıq” radiosuna verilən məlumata görə Böyük Britaniya, Birləşmiş Ştatlar və Kanadadan olan turistlər İraqın tarixi yerləri ilə maraqlanıblar. Onların səfərləri martın 8-də başlayıb.

Nazir turistlərin təhlükəsizliyi üçün bütün tədbirləri gördüklərini bildirib. Onun fikrincə, bu səfər İraqın turizm sənayesi üçün dönüş ola bilər.