Türkiyə erməni dilində radiostansiya açmağı planlaşdırır

İstanbul, avqust 2008

Türkiyə mediasının xəbərinə görə, dövlət yayım orqanı erməni dilində radiostansiya açmağı planlaşdırır.

«Anadolu» agentliyinin məlumatına görə, radio yaxın aylarda işə başlayacaq.

Ermənistanın Xarici İşlər Nazirliyi xəbərə şərh verməkdən imtina edib.

1-ci Dünya müharibəsi dövründə Türkiyədə baş verən qətllərə görə bu ölkə ilə Ermənistan arasında münasibətlər gərgindir. Yerevan bu hadisəni soyqırımı adlandırır, amma Ankara bu ittihamı rədd edir.