Milli Məclis Kanada ilə bağlı protokolu təsdiqləmədi

Səs: Real audio
Müxalifət dəfn mərasimini etiraz aksiyasına çevirmək niyyətindədir Azərbaycan Respublikası ilə Kanada arasında gəlirlər və əmlaka görə ikiqat vergitutmanın ləğvi haqda protokolu Milli Məclis təsdiqləməkdən imtina etdi.



Martın 4-də Milli Məclisdə sənəd müzakirə edilərkən millət vəkili Cəmil Həsənli dedi ki, Kanada şirkətləri Xəzərdə Azərbaycana məxsus yataqları Türkmənistanla birgə işləməkdən imtina etməyincə, bu kimi sənədlər rəsmiləşdirilməməlidir.



Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov isə dedi ki, «bununla bağlı Xarici İşlər Nazirliyinə məlumat verilib. Hələlik cavab yoxdur, ancaq araşdırmalar davam edir».



Millət vəkili Fəzail İbrahimli isə hesab edir ki, Azərbaycan bu konvensiyanı təsdiqləməklə həmin problemi Kanada dövlətinin diqqətinə çatdırmaq imkanını əldən verir. O deyir ki, bu işdə tələsmək lazım deyil. Məsələ həll edildikdən sonra sənədi təsdiqləmək olar.



Fəzail İbrahimli və digər millət vəkillərinin bu məsələdə üst – üstə düşən fikirləri ilə spiker Murtuz Ələsgərov da razı olduğunu bildirdi. Spiker təklif etdi ki, Xarici İşlər Nazirliyindən cavab gələnə qədər məsələ gündəlikdən çıxarılsın.