Şimali Koreya cənubla telefon əlaqəsini bərpa edib

Şimali Koreya Cənubu Koreyanın hərbi komandanlığıyla telefon əlaqəsini bərpa edib və sərhəd bölgəsində işləyən cənublular üçün sərhəddi açıb.

Bu ABŞ və Cənubi Koreyanın keçirdikləri birgə hərbi təlim məşqlərinin başa çatmasından bir gün sonra olub.

Şimali Koreya bu təlim məşqlərinə etiraz olaraq Seulla telefon əlaqəsi və sərhəddi bağlamışdı.

Pxenyan bunu müharibəyə hazırlıq kimi qiymətləndirirdi.