16 yaşlı Əli Əhmədovun anadangəlmə bir ayağı işləməsə də, yaşıdları futbol oynamaqda yalnız ona qibtə edə bilərlər

Səs: Real audio
Müxalifət dəfn mərasimini etiraz aksiyasına çevirmək niyyətindədir Təmsil etdiyi komandaların əksər hallarda qalib gəldiyini deyən Əlini dostları tez-tez cığallıqda da günahlandırırlar.

- Topu əllərimdəki çəliklərlə alıram, aldada-aldada gedirəm qol vurmağa. Mənə deyirlər ki, cığallıq eləyirsən.Mənim bir ayağım olmadığına görə iki çəlikdən istifadə edirəm.Onlar da deyirlər ki, sənin əgər bir ayağın yoxdursa bir çəlikdən istifadə etməlisən.

Əli futbolu çox sevsə də gələcəkdə futbolçu olmağı deyil, reklam işində çalışmağı planlaşdırır.Azarkeşlik etdiyi komanda isə Barselonadır.O, çempionlar liqasında Barselonanın qalib gələcəyinə əmindir.

Əlinin öz futbolçu dostlarına da sözü var.

- Futbolçu dostlarıma yaxşı ötürmələr etmək və düzgün oynamağı məsləhət görərdim.

Heç vaxt cığallıq etməsinlər.