NATO-nun yeni baş katibi Danimarkanın baş naziri ola bilər

Danimarkanın baş naziri Andres Forq Rasmussen NATO-nun yeni baş katibi ola bilər.

Diplomatların dediyinə görə Birləşmiş Ştatlar NATO-kı müttəfiqlərinə işarə edib ki, onun namizədliyini dəstəkləyəcək.

Həmçinin Böyük Britaniya,Fransa və Almaniya bu vəzifədə Rasmusseni görmıək istəyirlər.

Adı çəkilməyən amerikalı məmur Rasmusseinin bu vəzifəyə ən şanslı namizəd olduğunu , amma hələlik yekun qərarın qəbul olunmadığını deyib.

Yeni baş katibin adı çox güman ki, təşkilatın aprelin 3-4-də keçiriləcək sammitində bəlli olacaq.