Yaponiyada bakalavr və magistr təhsili

Səs: Real audio
“Nasistlər atom bombasının yaradılmasına yaxın idilər” Müasir dünyanın elmi-texniki yeniliklərin əsas ünvanlarından biri sayılan Yaponiyada bakalavr və magistr pillələrində ilə təhsil almaq imkanı var. Gündoğar ölkənin höküməti tərəfindən bütün xərcləri tamamilə ödənilən proqram apreldə başlayacaq. Amma Yaponiya səfirliyindən aldığımız məlumata görə, maraqlananlar gərək martın 26-sını səbirsizliklə gözləsin. Çünki məhz bu tarixdə hansı ixtisaslar üzrə oxumağın mümkün olacağı elan ediləcək. Proqrama sənəd toplamağı isə indidən başlaya bilərsiniz. Səfirliyin mədəniyyət şöbəsindən Natəvan Baharın sözlərinə görə, hər hansı bir kurs tələbəsi müsabiqədə iştirak edə bilər. Bunun üçün yapon dilini bilmək əsas deyil, ingilis dili bəs edər.

Bu proqram çərçivəsində bütün xərclər, hətta alınacaq kitabların, təqaüd, və hətta Yaponiyaya kimi təyyarə bileti səfirlik tərəfindən ödəniləcək. Sözsüz ki, yalnız qaliblər üçün. Əgər maraqlandınızsa, amma bütün məlumatları yadınızda saxlaya bilmədinizsə – heç heyfslənməyin, sadəcə olaraq bizim internet səhifəmizə baxın. Suallarınız olsa bizə yazın: e-mail ümnvanlarımız da internetdədir.

Səhifəmizin ünvanı isə belədir – www.azadliq.org