Cənubi Afrika rəsmiləri bildiriblər ki, ölkə paytaxtı Yohannesbuqrda keçirilən konfransda iştirak etmək üçün Dalay Lamaya viza verməyiblər. Nobel Sülh Komitəsi tərəfindən təşkil olunan konfransda futbolun irqçilik və ksenofobiya ilə mübarizəyə necə kömək edə biləcəyi müzakirə ediləcək.
Cənubi Afrika hökuməti bildirib ki, əgər onlar Dalay Lamaya viza verərək onu ölkəyə gətirsələr diqqət tamamilə ona yönələcək. Hökumət bu qərar üçün Çinin ona təzyiq etməsi ehtimalını inkar edib.
Dalay Lama konfransa dəvət olunmuş Nobel Sülh mükafatının qaliblərindən biridir. Digər qaliblər Cənubi Afrikanın keçmiş prezdidenti Nelson Mandela, arxiyepiskopu Desmond Tutu və Frederik de Klerkdir. Desmond Tutu və Frederik de Klerk martın 27-i keçirilən konfransda iştirak etməyəcəklərini bildiriblər.