“Şimala—Bişkekə doğru”

Səs: Real audio
Moskva insanlığa qarşı cinayətlərdə ittiham olunur --“Liberasyon”



Parlament seçkisindən sonra Qırğızıstanı titrədən mitinqlər bu bazar ölkənin cənubunda zorakı şəkil alıb.



Prezident Əsgər Akayev repressiya və saxtakarlıqla parlamentdə müxalifəti faktiki olaraq məhv edib. Amma martın 13-də seçkilər başa çatan kimi ölkənin cənubunda getdikcə genişlənən etiraz dalğası baş qaldırıb.



Keçmiş diplomat və müxalif Vətən partiyasının lideri Roza Otunbayeva deyir ki, “biz cənubda alternativ hakimiyyət qurduqdan sonra şimala—Bişkekə doğru irəliləyəcəyik”.



Amerikadan dəstək alan Qırğızıstan müxalifəti Bişkekdə Gürcüstan və Ukraynadakına oxşar dinc inqilab etmək niyyətindədir.



--“Frankfurter Alqemayne”



Prezident Vladimir Putin Kiyevə səfəri zamanı özünü sanki, ümumiyyətlə heç nə baş verməmiş kimi aparırdı. Sanki, seçkilərdə hazırkı prezident Viktor Yuşenkonun rəqibinə fəal dəstək verən o, deyildi.



--“Lö Fiqaro”



Əgər kitab onu yazanla yanaşı həm də onu oxuyanın güzgüsüdürsə, onda türklərin oxuduqlarından adamı üşütmə tutur.



İlk dəfə 1929-cu ildə türk dilində dərc olunan Hadolf Hitlerin “Mayn Kampf” kitabı heç vaxt indiki kimi ildə 20 min nüsxədə alınmayıb. O, indi bestsellərə çevrilib.



“Mayn Kampf”ın gurultulu uğuru türk antisemitizmi problemini doğurur, hərçənd bu, daha dərin ənənələrlə uyuşmur. Türkiyə heç vaxt antisemist ölkəsi olmayıb. 15-ci əsrdə İnkvizisiya dövründən tutmuş nasist genosidinədək talanlardan qaçan yəhudilərin çoxu Bosforun sahillərində sığınacaq tapıb.



Türkiyədə 22 minlik yəhudi icmasının başçısı Silvio Ovadiya deyir ki, o, türk oxucularının “Mayn Kampf”a marağından narahatdır. O, bu 500 səhifəlik kitabın bu qədər ucuz, cəmi 6 yeni türk lirəsinə satılmasından da təəccübünü bildirib.



--“Faynenşl Tayms”



“Çeçenistanda qiyamı yatırarkən Rusiyanın atdığı addımlar insanlığa qarşı cinayətdir”.



Bu haqda “Human Rayts Votç” insan haqları təşkilatının hesabatında bildirilir.



Hesabat “zorakı yoxa çıxmaların”—insanların dövlət strukturları tərəfindən qanunsuz saxlanmasının statistikasını aparır.



Sənəddə 2004-cü ildə 43 belə haldan bəhs olunur. Ümumilikdə isə, “Human Rayts Votç”un məlumatına görə, Çeçenistanda bu şəkildə 3 mindən 5 minədək insan yoxa çıxıb.



--“Frankfurter Rundşau”



İraqda hərbi əməliyyatların başlanmasının ikinci ildönümü münasibətilə bazar günü müxtəlif ölkələrdə keçirilən mitinqlərin iştirakçıları “ölüm, əzab və dağıntılara” etiraz ediblər.



Amma təəssüf ki, “tutarlı dəlillər ürəli sürsələr də, müharibə əleyhdarlarına əvvəlkitək qulaq asmırlar”.



“İraq bir il bundan əvvəlkindən nə daha təhlükəsiz, nə də daha demokratik olub”.