«20-ci əsrdə iki dünya müharibəsi etmiş Avropa dövlətləri bu saat Avropa Birliyini qura biliblərsə, Qafqaz regionunda da belə birliyi qurmaq labüddür, mümkündür».
Qafqaz Gənclər Parlamenti ideyasının həyata keçirilmısilə bağlı konfransın iştirakçısı İlkin Babakişiyev bu fikirdədir. Qafqaz Gənclər Parlamenti ideyası Cənubi Qafqaz üzrə Həmrəylik və Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilir. İlk toplantısını İstanbulda keçirən bu konfransa Cənubi Qafqazın 3 ölkəsindən – Azərbaycan, Ermənistan və Gürcüstandan gənclər qatılmışdılar.
Proqramın Azərbaycan üzrə koordinatoru Ramilə Aslanova deyir ki, parlament qurmaq istəyən gənclər arasında ilk vaxtlar müəyyən gərginliklər yaşansa da, sonradan qafqazlılar bir-birinə isinişiblər:
«Mənə elə gəlir ki, daha çox bizi bağlayacaq gələcəyə baxmalıyıq. İstər Azərbaycan, istər Ermənistan, istərsə də Gürcüstan – biz hamıız Avropaya inteqrasiya yolunu tutmuşuq və Avropa Qonşuluq Siyasətinə qoşulmuşuq. Avropa da öz qonşu regionunda stabillik, sülh və inkişaf istəyir. Yəni Avropanın özünə də inkişaf etmiş bir qonşu lazımdır. Elə bu inteqrasiya prosesinin sürətlənməsində məhz burda yaşayan insanların bir-birinə yaxınlaşması müsbət rol oynaya bilər. Biz söhbətlər əsnasında görürük ki, hardasa ortaq mədəniyyətlər var, hətta musiqimiz də müəyyən qədər oxşardır. Bunları sadalamaq olar».
Ramilə Aslanova hesab edir ki, qafqazlı gəncləri hər üç ölkənin inkişaf etməsi və demokratik cəmiyyət qurmaq arzuları birləşdirir, onlar eyni amal uğrunda çalışırlar.
Qafqaz Parlamenti ideyasına inanan Anar Usubova görə isə, region ölkələrini birləşdirən dəyər iqtisadi maraqlardır:
«Pulumuz olmasa, çörək alıb yeyə bilmərik. İqtisadiyyat çox böyük faktordur. Və bu gün region dövlətləri aralarındakı konfliktlər nəticəsində müxtəlif iqtisadi layihlərədən kənarda qalırlar».
Qafqaz Gəncləri Parlamentinin təsis edilməsilə bağlı növbəti görüş Strasburqda keçirilməlidir. Ramilə Aslanova deyir ki, bu görüşdə iştirak etmək istəyənlər üçün əsas meyar region gəncləri ilə dialoqa girmək istəyidir.
Keçiriləcək bir neçə konfransdan sonra isə sözügedən parlamentin tərkibi formalaşdırılacaq.
Layihə USAİD və Avrasiya Fondu tərəfindən maliyyələşdirilir.