Çeçen müxalifətçisini öldürməkdə şübhəli olanı Polşa Avstriyaya verib

Avstriya prokurorluğu bu gün deyib ki, Çeçen müxalifətçisini öldürməkdə şübhəli sayılan 2 nəfərdən birini Polşa Avstriyaya verib.
Həmin şəxs Polşada keçən ay həbs olunmuşdu.

Çeçenistan prezidenti Ramzan Kadırovun təhlükəsizlik xidmətində çalışmış , 2006-cı ildə isə Avstriyadan sığınacaq istəmiş Umar İsrailovu Vyanada yanvar ayında küçədə güllə ilə vurmuşdular.

O, işgəncələrin Ramzan Kadırovun əmri ilə verilməsi ittihamlarında əsas şahid idi.