BTC-nin nəzərdə tutulandan əvvəl işə salınması planlaşdırılır

Səs: Real audio
“Bişkekə doğru irəliləmək müxalifət üçün asan olmayacaq” Azərbaycan neftinin Ceyhan limanına çatdırılmasında gecikmələr yoxdur. Əksinə, neftin planlaşdırılandan 2 həftə tez çatdırılması gözlənir. Bu məqsədlə Gürcüstan ərazisi ilə ötürülən xam neftin istifadə olunması nəzərdə tutulur.



Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevin sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan kəmərinin vaxtında işə düşməsi üçün heç bir problem yoxdur. O deyir ki, Gürcüstanın Axalkalaki rayonundakı etiraz aksiyaları tikinti üçün problem yaratmayacaq.