Səs: Real audio
“Limondan limonad alınacağına zəmanət yoxdur” Yeni Azərbaycan partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Qırğızıstanda baş verənlərə qiymət vermək istəmədi. O, bunun Qırğızıstanın daxili işi olduğunu deyir.
Amma Aydın Mirzəzadə deyir ki, bir politoloq olaraq Qırğızıstandakı hadisələrin hakimiyyətin dəyişməsi ilə nəticələnməsini gözləyirdi. Onun fikrincə, bu ölkədə əhalinin sosial vəziyyətinin getdikcə pisləşməsi müxalifət qüvvələrini gücləndirdi və sonda iqtidar həmin qüvvələrin qarşısında dayana bilmədi.
Müxalifət partiyaları isə Qırğızıstandakı hakimiyyət dəyişikliyini demokratiyanın qələbəsi sayırlar.
Ümid partiyasının sədri İqbal Ağazadə hesab edir ki, baş verənlər qırğız xalqının seçki saxtakarlığına etirazıdır.
Müsavat partiyasının başqanı İsa Qəmbər də bu Orta Asiya ölkəsində müxalifət qüvvələrinin hakimiyyətə gəlməsini alqışlayır.
«MDB ölkələrində xalqların diktaturaya dözmək limiti azalır. Gürcüstan və Ukraynada baş verən inqilablardan sonra Qırğızıstandakı hakim rejim bundan nəticə çıxarmalı idi. Seçicilərin parlament seçkilərində öz iradələrini sərbəst ifadə etməsinə şərait yaradılmalı idi. Bu olmadığı üçün xalq ayağa qalxdı».
İsa Qəmbər kimi Xalq Cəbhəsi partiyasının rəhbəri Əli Kərimli də baş verənləri «xalq inqilabı» adlandırır. Onun sözlərinə görə, Ukraynadan fərqli olaraq, Qırğızıstanda seçki ilə bağlı narazılıqlar «başıpozuqluqla müşayiət olunsa da, xalqın öz istəyinə çatması müsbət qiymətləndirilməlidir».
Yeni Azərbaycan partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Qırğızıstandakı hadisələrin Azərbaycana təsir etməsini, həmin hadisələrin Azərbaycanda da baş verməsini mümkün saymır.
«Qırğızıstanda prezident Əsgər Akayev öz qohumlarını vəzifələrə qoymuşdu, parlamentə öz oğlunu, qızını və başqa yaxın qohumlarını seçdirmişdi. Bütün bunlar etirazla qarşılanırdı».
Aydın Mirzəzadədən fərqli olaraq, Xalq Cəbhəsi partiyasının rəhbəri Əli Kərimli Qırğızıstandakı hadisələrin Azərbaycandakı demokratikləşmə proseslərinə güclü təsir edəcəyini düşünür.
Digər müxalifət qurumu - Ümid partiyasının sədri İqbal Ağazadə isə bir qədər fərqli fikirdədir. Onun sözlərinə görə, Qırğızıstandakı hadisələr daha çox qonşu Orta Asiya ölkələrinə təsir göstərəcək.