Çexiya hökuməti istefaya gedir

Çexiya hökuməti bu gün parlamentdə etimad səsverməsini uduzdu. Sağ-mərkəzçi hökumət indi istefaya getməlidir.

Parlamentdə səsvermədə solçu partiyalar 200 səsdən 101-ni toplayıblar.

Avropa Birliyinə sədrlik eləyən Çexiyanın baş naziri Mirek Topolanekin hökuməti prezident yeni hökumət başçısı və ya yeni seçkilər təyin edənə qədər öz vəzifələrini icra edəcək.