Robinyo Peleni məhkəmə ilə hədələyir

Braziliyanın futbol ulduzu Robinyo bildirib ki, əgər futbol kralı Pele ondan üzr istəməsə, Peleni məhkəməyə verəcək.
Onun sözlərinə görə, iş gedib məhkəməyə çıxsa, məhkəmədə Pelenin kimliyinə fikir verilməyəcək.

Pele Braziliya radiosunda demişdi ki, “Ronaldo və Robinyonun narkotik maddələr problemi olub”.

İngiltərənin Manchester City klubunda oynayan Robinyo deyir ki, Pele deyəsən, sensasiyalı mətbuat oxumaqla məşğuldur.