Barak Obama bütün cəbhə boyu hücum elan edir

23 mart 2009. Vaşinqton. Barak Obama iqtisadi məsələlərin müzakirəsi zamanı

“Biz iqtisadi böhrana hərtərəfli zərbələr vurulmasını nəzərədə tutan genişmiqyaslı strategiya həyata keçirməyə başlamışıq” – bunu ABŞ prezidenti Barak Obama martın 24-də Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sözü gedən strategiya yeni iş yerlərinin yaradılmasını, öz yaşayışı üçün ipoteka ilə ev alan vətəndaşlara yardımı və bank kreditlərinin bərpa olunmasını nəzərdə tutur.

“Bu strategiya iqtisadiyyatın uzunmüddətli inkişfını təmin etməyə yönəlib və artıq tərəqqi əlamətləri özünü biruzə verməyə başlayır” – deyə Barak Obama jurnalistlərə bildirib