Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” Beynəlxalq Şəffaflıq Transparency İnternational təşkilatının Azərbaycan üçün müəyyənləşdirdiyi şəffaflıq səviyyəsi göstəricisi bu il bir az yaxşılaşa bilər. 146 ölkə arasında 140-cı yerdə olan Azərbaycan bir neçə pillə irəliləyə bilər. Bunu Transparency Azərbaycanın icraçı direktoru Rəna Səfərəliyeva deyir. Onun sözlərinə görə, indi elan olunan korrupsiya indeksi əslində 2004-cü ildəki vəziyyəti yox, 2002-2003-cü illərdəki vəziyyəti əks elətdirir. Rəna Səfərəliyeva, oktyabr ayında açıqlanacaq yeni göstəricidə Azərbaycanın 2-3 pillə irəliləyəcəyini deyir.
Azərbaycan hava yolları şirkəti – “Azal” Ukraynadan yeni AN-140-100 təyyarəsini aldı. Ötən ildə imzalanan müqaviləyə əsasən bu markadan olan daha 3 təyyarə bu il ərzində Azərbaycana veriləcək. Bir dəfə yanacaq doldurmaqla 7500 kilometr məsafəni qət edə bilən AN-140-100 təyyarəsinin qiyməti təxminən 8,5 milyon dollardı. Lakin Ukraynanın Unian agentliyinin məlumatına görə, müqavilə qiyməti açıqlanmasa da Azal 4 təyyarə aldığına görə, Ukrayna tərəfi qiyməti bir qədər endirdiyini bildirib. 2004-cü ildən istehsalına başlanmış AN-140-100 təyyarəsindən hazırda yalnız Ukraynada, Azərbaycanda və İraqda istifadə olunur.
Mart;n 29-da Milli Bankdan aldığımız məlumata görə, 2 həftədən çox davam edən enişdən sonra avronun məzənnəsi 14 manat artıb və 6284 manata çatıb. Digər valyutalar isə bir az da ucuzlaşıblar. İndi 1 dollar 4857, 1 rubl isə 174 manatdır.