Ali Məhkəmə 7 müxalifət lideri haqqında əvvəlki qərarları qüvvədə saxladı

Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” Bu gün Ali Məhkəmədə 7 müxalifət liderinin kassasiya şikayətinə baxıldı və əvvəlki məhkəmə instansiyalarının qərarları qüvvədə saxlandı.



Müxalifətçilər isə Ali Məhkəmədən əvvəlki məhkəmə qərarlarının ləğvini, onların işinə baxmış hakimlərin məsuliyyətə cəlb olunmasını tələb edirdilər

Ali Məhkəmənin əvvəlki məhkəmə qərarlarını qüvvədə saxlaması həm də müxalifətçilərin qarşıdakı parlament seçkilərində iştiraklarını məhdudlaşdırır. Ötən il 2 il yarımdan 5 ilədək azadlıqdan məhrum edilmiş Arif Hacılı, Pənah Hüseyn, İbrahim İbrahimli, İqbal Ağazadə, Sərdar Cəlaloğlu, Etimad Əsədov və Rauf Arifoğlu martın 20-də prezidentin əfv fərmanı ilə azadlığa çıxsalar da, üzərlərində məhkumluq qalır.



Müxalifət liderləri Azərbaycandakı məhkəmə instansiyalarını keçdikləri üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyi planlaşdırırlar.



Onlar 2003-cü ilin prezident seçkilərindən sonra mitinqçilərlə hökumət qüvvələri arasında baş verən toqquşmaların təşkilatçıları kimi məhkum olunmuşdular.