Amerika bütün sahələrdə iqtisadi böhrana qarşı dururb

Amerika hökuməti bütün cəbhələrdə iqtisadi böhrana qarşı durub və artıq bunun ilkin nəticələri görünür.

Bunu ABŞ prezidenti Barak Obama Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib.

Barak Obama deyib ki, hökumət böhranla mübarizədə hərtərəfli strategiya hazırlayıb.

Bura iş yerlərinin yaradılması, məsuliyyətli ev sahiblərinə kömək, kreditlərin bərpası və uzunmüddətli iqtisadi artıma təminat daxildir və artıq tərəqqinin ilkin işartıları görünür.

Barak Obama gələn ilin büdcəsinin 3.55 trilyon dollar olmasını istəyir.

Amma respublikaçılar və hətta bəzi demokratlar buna qarşı çıxır.

Onlar hesab edirlər ki,təklif olunmuş büdcə həddən artıq bahalıdır.