Uşaq ombudsmanının yaradılması təklif olunur

Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” Uşaq hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilatları Azərbaycanda uşaqların hüquqlarını qoruyacaq ombudsman təsisatı yaratmaq istəyirlər.



Hökumətə təklif vermək üçün bu gün onlar ilk müzakirələr keçiriblər.



Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov uşaq ombudsmanının yaranmasının uşaqların hüquqlarının müdafiəsinə yardımçı olacağına ümid edir.



Ombudsman Aparatının əməkdaşı Munir Məmmədov isə dedi ki, insan hüquqlarının müdafiəsiylə məşğul olan ombudsman var. Ayrıca uşaq ombudsmanının yaranması isə əhalidə çaşqınlıq yarada bilər.



ABŞ-ın «World Vision» - «Dünyaya Baxış» təşkilatının uşaq proqramının rəhbəri Lesli Harniş isə uşaq ombudsmanının yaradılmasıyla bağlı bunları dedi:



«Uşağın səsinin eşidilməsi çox mühümdür. Çünki həmişə eşidilmir. Əgər uşaq ombudsmanı yaradılsa, çox adam öz şikayətini bu struktura göndərə billər. Uşaq ombudsmanı bu məsələlərə hərtərəfli baxa, təhsil, sağlamlıq, sosial müdafiə və başqa sahələri əhatə edə bilər».



Milli Məclisin üzvü, Respublika Uşaq Fondunun rəhbəri Gülər Əhmədova da bu təsisatın yaranmasına tərəfdar olduğunu bildirdi.



Uşaq ombudsmanının yaradılması təklifi daha bir neçə müzakirədən sonra hökumətə göndəriləcək.



Azərbaycan Uşaq Hüquqları Konvensiyasını 1992-ci ildə imzalayıb. BMT-nin Uşaq Fondu (UNICEF) uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan ombudsmanın yaradılmasını Azərbaycan hökumətinə 1997-ci ildə tövsiyə edib.