Çexiyalı nazir Obamanın iqtisadi yardım paketini cəhənnəmə gedən yol adlandırıb

Çexiyanın baş naziri Mirek Topolanek ABŞ-ın iqtisadi yardım paketini tənqid edib.

O, Avropa parlamentində çıxış edərkən prezident Barak Obamanın planını “cəhənnəmə gedən yol,, adlandırıb və qeyd edib ki, bu planın həyata keçirilməsi qlobal maliyyə bazarında sabitliyi poza bilər.


Hazırda Avropa Birliyinə Çexiya sədrlik edir.

Birləşmiş Ştatlar ölkə iqtisadiyyatını böhrandan çıxarmaq üçün 787 milyard dollar xərcləmək fikrindədir.

Aprelin 2-də Londonda keçiriləcək sammitdə qlobal iqtisadi böhrandan çıxış yolları müzakirə olunacaq.