«Qax, Astara və Abşeronda polisləri döyüblər»

Səs: Real audio
“ABŞ ATƏT—lə bağlı dalandan çıxış axtarır” Atəşkəsin pozulması ATƏT-in Minsk Qrupu həmsədrlərini ciddi narahat edir. «Yeni Azərbaycan» qəzeti bununla bağlı ATƏT həmsədri Yuri Merzlyakova istinadən yazır ki, danışıqlarda Dağlıq Qarabağın tərəf kimi iştirakına ehtiyac duyula bilər.



«Sərhədlərin müəyyənləşməsi ilə bağlı razılıq əldə olunmayıb». «Üç nöqtə» qəzeti yazır ki, rəsmi Bakı ilə Tbilisinin bununla bağlı fərqli mövqeləri var.



«İlham Əliyev qorxuya düşüb». «Azadlıq» qəzeti yazır ki, bu qorxuya səbəb Gürcüstan, Ukrayna və Qırğızıstanda baş verənlərdir.



ATƏT-in hazırkı sədri Bakıda separatçıların danışıqlar prosesinə qoşulması məsələsini müzakirə edəcək. Dimitri Rupelin Ermənistana səfərini şərh edən «525-ci qəzet» belə yazır.



Bakıdakı diplomatik mənbələrə əsasən «Bakı Xəbər» qəzeti yazır ki, Venesiya Komissiyası MSK-nın yenidən formalaşmasını təklif edib. Komissiya hesab edir ki, MSK-nın tərkibi dəyişdirilməli və qurum paritet əsaslarla formalaşdırılmalıdır.



«Azərbaycan» qəzeti bir neçə QHT-nin keçirdiyi rəy sorğusunun nəticələrini əsas götürüb yazır ki, Azərbaycan vətəndaşları hazırkı siyasi kursu dəstəkləyir və indiki prezidentə etimad göstərirlər.



«Atəşkəsin pozulması AŞPA-da müzakirə olunacaq». «Ayna» qəzetinə müsahibəsində millət vəkili Aydın Mirzəzadə belə deyib.



Ermənilərin dini lideri II Qaragen rəsmi Bakıya müraciət edib. «Zerkalo» qəzeti yazır ki, o, Qarabağ ermənilərinin vəziyyətindən narahatdır.



«Yeni Müsavat» qəzeti yazır ki, Bakı-Tbilisi-Ceyhan boru xəttinin inşasının tamamlanmamasının siyasi səbəbləri var.



«Qax, Astara və Abşeronda polisləri döyüblər». 20-dən çox polis zərər çəkib. «Xalq Cəbhəsi» qəzeti yazır ki, bu, DİN ətrafında son olaylara yerli əhalinin aqressiv reaksiyasıdır.