2008-ci ildə dünya üzrə sığıncaq axtaran insanların sayı 12% artıb. Bu barədə BMT-nin Qaçqınlarla iş üzrə Agentliyinin martın 25-də yaydığı hesabatda bildirir. Hesabatda qeyd edilən əsas faktlar bunlardır:
Hazırda sığınacaq alıb Hollandiyada yaşayan Eldəniz Yusifov bildirir ki, Azərbaycanda keçirilən hər seçkidən sonra Avropaya üz tutan azərbaycanlıların sayı artır:
- Hər seçkidən sonra Avropaya üz tutanlar artır. Məncə, bu yaxınlarda keçirilən referendumdan sonra da yaçamaq üçün başqa ölkələrə gedənlər çoxalacaq.
Azərbaycanın özü də başqa ölkələrin vətəndaşlarına sığınacaq verən dövlətlərdəndir. Amma hökumət rəsmiləri bildirirlər ki, ölkənin özünün əraqzisi işğal olunan rayonlardan çox sayda məcburi köçkünü var. ona görə də başqa ölkələrdən sığınacaq üçün müraciət edənlərə müsbət cavab vermək həmişə mümkün olmur.
Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyevin verdiyi məlumata son illər Azərbaycan başqa ölkələrdən gəlmiş cəmi 40 nəfərə qaçqın statusu verib. 2008-ci ildə isə 100-dən artıq adam müraciət etsə də cəmi bir nəfərə belə status verilib.
Əlövsət Əliyev müraciət edənlərlə bağlı tez qərar qəbul olunmadığından hazırda Azərbaycanda 30 mindən çox xarici ölkə vətəndaşının sənədsiz miqrant kimi yaşadığını deyir:
- Onların əksəriyyəti Gürcüstandan, İrandan olan soydaşlarımızdır.
- 2008-ci ildə 383 000 adam dünyanın 51 ölkəsinə sığınacaq üçün müraciət edib. Son 20 ildə yalnız 2006-cı bu cür insanların sayı az olub. 2001-ci ilədə isə rekord sayda – 623 000 nəfər sığınacaq axtarmışdı.
- Sığınacaq üçün ən çox 10 ölkəyə müraciət edilir. Bunlar ABŞ, Kanada, Fransa, İtaliya, İngiltərə, Almaniya, Yunanıstan, İsveçrə və Norveçdir.
- Ötən il İraqdan 40 500 nəfər, Somalidən 21,800 nəfər, Rusiyadan 20,500 nəfər, Əfqanıstandan 18,500 nəfər və Çindən 17,400 nəfər sığınacaq üçün başqa ölkələrə üz tutub.
- Ötən il İraqın sığınacaq axtaran vətəndaşlarının sayı azalıb. Amma hələ də iraqlılar dünyada ən çox sığınacaq axtaranlardırlar.
- 2008-ci ildə ABŞ-dan 49 000 sığınacaq istəyib. ABŞ-dan sonra Kanada (36 900 müraciət), Fransa (35 200 müraciət), İtaliya (31 200 müraciət) və İngiltərə (30 500 müraciət) gəlir.