E. Hüseynovun qətlini araşdıran qrup istintaqa istiqamət verir

Səs: Real audio
“Amerikanın Koçaryanı vuracağı şübhəlidir” Elmar Hüseynovun qətli ilə bağlı jurnalistlər və sabiq orqan işçilərinin yaratdıqları təhqiqat qrupu rəsmi istintaqa tövsiyələrini göndərib. Bu barədə qrupun üzvü Əlövsət Əliyevdən məlumat almışıq.



Əlövsət Əliyev deyir ki, qrupa daxil olan hüquq-mühafizə orqanlarının sabiq əməkdaşlarına görə, cinayət yerinin qorunması, hadisə yerinin müayinəsi zamanı müəyyən pozuntulara yol verilib.



Qrup üzvləri hesab edirlər ki, martın 3-də Təhlükəsizlik Şurasının yığıncağında prezidentin tövsiyə etdiyi kimi qətllə bağlı cinayət işi terror aktı faktına görə açılmayıb. Hazırda prokurorluq qəsdən adamöldürmə faktını araşdırır.



Əlövsət Əliyev deyir ki, onlar istintaqın işi yekunlaşana qədər bu cür araşdırmalar aparacaq və vaxtaşırı istintaqa da, mətbuata da bununla bağlı məlumatlar verəcəklər.