Moskvanın şərqində 20-dən artıq adam ölüb

Moskvanın şərqində avtobus və yük maşını toqquşub. Müxtəlif məlumatlara görə, 20-25 nəfər ölüb, 4 yaralı var.

Hadisə paytaxtdan 200 kilometr şərqdə Vladimir regionunda baş verib.

Hələ ki, qəzanın səbəbləri aydın deyil.

Polis hesab edir ki, qəzaya yük maşının sürücüsünün yuxuya getməsi, ya da maşının təkərinin deşilməsi səbəb ola bilərdi.