Qırğızıstanda 2 jurnalistə hücum olub

«Moskovskiy komsomoleç-Qırğızıstan» qəzetinin baş radaktoru və müxbiri döyülüb, soyulublar.

Baş redaktor Uluqbey Babakulov kəllə-beyin travması aldığına görə, xəstəxanaya yerləşdirilib.


Bu barədə «İnterfax»a Qırğızıstanın DİN-dən məlumat verilib.

Hüquq-mühafizə orqanları hücumun jurnalistlərin peşə fəaliyyəti ilə bağlı olmadığını deyir. Faktla bağlı cinayət işi qaldırılıb.

Bu ay Qırğızıstanda jurnalistlərə üz dəfə hücum olub. «Reportyor- Bişkek» qəzetinin əməkdaşı və yerli telekanalın operatoru da döyülüb.