Səs: Real audio
“Heç kəs bu gün Azərbaycanın inqilab astanasında olduğunu düşünmür” «Cümə» Dini İcmasının, həmçinin Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu BMT-nin İnsan Hüquqları Komitəsinin Cenevrədə keçirilən toplantısına qatıla bilməyib.
İlqar İbrahimoğlu toplantıda Azərbaycanda dini azadlıqlarla bağlı məruzə ilə çıxış etməli idi.
Martın 5-də keçirdiyi mətbuat konfransında o, bunu yerli hüquq-mühafizə və məhkəmə orqanlarının təzyiqi kimi dəyərləndirib.
Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin qərargah rəisi Musa Hümbətov isə bildirir ki, İlqar İbrahimoğlunun üzərində məhkumluq olduğuna görə ona qarşı belə davranılıb və bu qanunun tələbidir.
İlqar İbrahimoğlu son prezident seçkilərinin nəticəsinə etiraz məqsədi ilə keçirilən 15-16 oktyabr aksiyalarının təşkilatçılığında günahkar bilinərək 2003-cü ilin dekabrında həbs olunub, 4 ay cəza çəkəndən sonra 2004-cü ilin aprelində 5 il şərti cəza ilə azadlığa buraxılıb.